BAKI, 10 iyun. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İranın hava hücumundan müdafiə sistemləri və radar qurğularına zərbələr endirir.
Teleqraf xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ rəsmisi telekanala açıqlamasında İrana qarşı hücumların davam etdiyini təsdiqləyib.
"ABŞ rəsmisi "Fox News"a bildirib ki, İrana qarşı zərbələr endirilir və hədəflər arasında hava hücumundan müdafiə sistemləri ilə radar qurğuları da var", - deyə qeyd edilib.
Məlumatda əməliyyatın digər detalları açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın "Apache" helikopterinin vurulması ilə bağlı insidentdən sonra İrana qarşı hərbi əməliyyatlara başladığını bildirmişdi.