BAKI, 8 iyun. TELEQRAF

İran çoxsaylı raketləri döyüş hazırlığı vəziyyətinə gətirib və İsrailin mümkün hücumu halında vurulacaq hədəflərin siyahısını hazırlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Tehran İsrail tərəfindən mümkün hərbi əməliyyatlara qarşı cavab tədbirləri çərçivəsində raket qüvvələrinin hazırlıq səviyyəsini artırıb.

Həmçinin qeyd olunur ki, mümkün qarşıdurma ssenarisi üçün müəyyən edilmiş hədəflərin siyahısı hazırlanıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.