BAKI, 28 iyul. TELEQRAF
“İsrail ordusu əvvəllər “Hizbullah”ın möhkəmləndiyi Livanın cənubundakı 24 kəndi dağıdıb və hazırda həmin bölgədə təxminən 700 kvadrat kilometr əraziyə nəzarət edir”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“Bütün bu kəndlər tamamilə dağıdılıb, söhbət 15-20 min evdən gedir. Bint-Cebeyl də daxil olmaqla bütün 24 kənd dağıdılıb. Bint-Cebeyl daha uzaqda yerləşsə də, o da dağıdılıb. Livanın cənubunda sahildən Hermon dağının zirvəsinədək uzanan 700 kvadrat kilometrlik əraziyə nəzarət edirik. İsrail yaşayış məntəqələrinə hücumların qarşısını alırıq”, - nazir bildirib.
Katsın sözlərinə görə, Livanın cənubunda fəaliyyət göstərən İsrail ordusu “Hizbullah”ın tunellərini partlatmağa davam edir: “Biz artıq bəyan etmişik ki, oradan çıxmayacağıq və bu, böyük nailiyyətdir”.