BAKI, 28 iyul. TELEQRAF

"ABŞ Prezidenti Donald Trampla görüş zamanı Kiyevə "Patriot" zenit-raket kompleksi üçün raketlərin istehsalına lisenziyanın verilməsi imkanını müzakirə etdik".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna lideri Zelenski teleqram kanalındakı səhifəsində yazıb.

"Prezidentlə "Patriot" üçün raketlərin istehsalına dair lisenziyaları və bəzi digər ideyaları müzakirə etdik. Həmçinin diplomatiya barədə danışdıq. Diplomatik prosesi fəallaşdırmaq vacibdir. Komandalarımız gələcək kommunikasiyanın detallarını razılaşdıracaq. Qətiyyətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdaram", - deyə o yazıb.

V.Zelenski görüşü müsbət xarakterizə edib.

***

19:12

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Qapalı keçirilən görüşlə bağlı hələlik rəsmi açıqlama verilməyib.

***

18:18

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.

Teleqraf xəbər verir ki, görüş yerli vaxtla saat 09:47-də (Bakı vaxtı ilə 17:47) başlayıb.

Mediaya qapalı görüşdə Rusiya-Ukrayna müharibəsinin həlli yolları müzakirə edilir.

"Danışıqların əsas mövzuları Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, eləcə də müharibənin sülh yolu ilə həlli məsələsi olub" - "rbc.ua"-nın məlumatında qeyd olunur.

Qeyd edək ki, Ağ Evdəki görüşdən sonra Zelenski senatorlarla görüşmək üçün Kapitoliyə gedəcək. Ukrayna Prezidenti həmçinin senator Lindsi Qremin dəfn mərasimində iştirak edəcək.