BAKI, 28 iyul. TELEQRAF

“Qəbələ” yeni futbolçu transfer edib.

Teleqraf.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı vinger Bruno Silva ilə 1+1 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu son olaraq vətənində “Oliveyrense” klubunda çıxış edib. O, daha əvvəl “Vilaverdense” (Portuqaliya) və “Jenis” (Qazaxıstan) kimi klubların da şərəfini qoruyub.