BAKI, 28 iyul. TELEQRAF

“Mərhum senator Lindsi Qrem Rusiya-Ukrayna müharibəsinin son qədər davam etdirilməsini dəstəkləyirdi”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Son bir neçə həftə ərzində belə düşünməyə başlamışdı ki, əgər İranla razılaşma əldə etmək mümkündürsə, ölkənin qalan hissəsini məhv etməkdənsə, bunu etmək daha yaxşıdır. Amma Ukraynaya münasibətdə onun eyni fikirdə olduğunu deyə bilmərəm. Ukrayna məsələsində çox döyüşkən mövqedə idi”, - dövlət başçısı bildirib.

Tramp xatırladıb ki, Qrem müharibələri dəstəkləməsi ilə tanınıb:

“Düzünü desəm, Lindsi müharibəni sevirdi. Elə bir müharibə yox idi ki, onun xoşuna gəlməsin”.

Xatırladaq ki, respublikaçı senator Lindi Qrem iyulun 11-də vəfat edib.