BAKI, 28 iyul. TELEQRAF
İyulun 12-də keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697.5 bal toplayan 2 nəfər - Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə.Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı göstərib.
IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib.