BAKI, 28 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın Natanz yaxınlığında, Kələnq Qəz-La dağının altında (Amerikada “Kirka” adlandırılır – red.) yerləşən yeni nüvə obyektini məhv etməklə hədələyib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News” telekanalının canlı efirində bildirib.

“Mən Kirkanın altında nələrin baş verdiyini dəqiq bilirəm. Bu, böyük problem deyil. Onların nüvə obyektlərini məhv etmişik. Əgər razılaşma əldə olunmasa, Kirkanı da məhv etməli olacağıq. Razılaşma olmasa, bunu çox asanlıqla edəcəyik”, - Tramp vurğulayıb.