BAKI, 28 iyul. TELEQRAF
Çinin cənub-qərbindəki Çunçin şəhərində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Çinin dövlət televiziyası məlumat yayıb.
İyulun 17-də Penşui dairəsində dağ yamacında uçqun baş verib. Ərazidə 24 saatlıq axtarış-xilasetmə əməliyyatı davam edir.
Daha öncə 11 nəfərin öldüyü, 50 nəfərin isə itkin düşdüyü bildirilmişdi. Ölü sayının artması gözlənilir.