BAKI, 28 iyul. TELEQRAF
Azərbaycan çempionu "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Teleqraf xəbər verir ki, Masazır klubu Finlandiyanın "Kups" komandası ilə qarşılaşır.
Kuopio şəhərindəki "Savon Sanomat Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 19:00-da başlayıb. Matçı israilli baş hakim Qal Leybovitz idarə edir.
Komandalar arasında Masazırda baş tutan ilk qarşılaşmada "Sabah" 1:0 hesablı qələbə qazanıb. Azərbaycan təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün heç-heçə də kifayət edir.