BAKI, 5 iyun. TELEQRAF
Hərbi gücdən istifadə İsrail sakinlərinin təhlükəsizliyini təmin etməyəcək.
Teleqraf xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun CNN-ə müsahibəsində bildirib.
O, münaqişənin müharibə deyil, diplomatiya yolu ilə həll edilməsinə çağırıb.
Aun Livanın danışıqlara hazır olduğunu deyib. Əlavə edib ki, İsrail Baş naziri Binyamin Netanyahu ilə görüş yalnız atəşkəs barədə razılığa gəlindikdən sonra baş tuta bilər.
Livan Prezidentinin sözlərinə görə, Netanyahu və Hizbullah hərəkatı faydasız müharibə aparır, hər iki ölkənin xalqı isə 1948-ci ildən bəri davam edən qarşıdurmadan bezib və diplomatik yolu seçmək imkanı əldə edib.
İki ölkə arasında son gərginlik İranın ali lideri Ayətullah Əli Xameneinin və ali hərbi komandanlığın öldürülməsinə cavab olaraq Hizbullahın İsrail şəhərlərinə hücumlarından sonra başlayıb.
İsrailin Livanda üç aylıq əməliyyatı zamanı 3500-dən çox insan öldürülüb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb.