BAKI, 5 iyun. TELEQRAF
İrlandiya İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin və maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişinə qadağa qoyub.
Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Bu qərara səbəb hər iki nazirin Fələstin əleyhinə bəyanatları və Qəzza donanması fəallarına qarşı rəftarı olub.
İrlandiya Ədliyyə Nazirliyi immiqrasiya məmurlarına Ben-Qvir və Smotrixin ölkəyə girişinə icazə verməməyi tapşırıb.
Bu qərar Ben-Gvirin İsrailin ötən ay ələ keçirdiyi Qəzza donanmasını açıq şəkildə lağa qoymasından sonra verilib. İ