BAKI, 5 iyun. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bu ilin yanvar-may aylarında Abşeron dairəvi dəmir yolu ilə 4.3 milyona yaxın (+16%), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21%) səfər edib.

Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.

Bildirilib ki, bu il ötən ilin eyni dövrü (təqribən 3.9 milyon) ilə müqayisədə 16% daha çox sərnişin daşıyıb.

Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb və ötən ilin eyni dövründən 6% çox olub.