BAKI, 5 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun hərbi yardımı olmasaydı, Ukrayna müharibəni davam etdirə bilməzdi.

Teleqraf xəbər verir ki, Trampın sözlərinə görə, Ukraynanın döyüş qabiliyyətinin qorunub saxlanılmasında ABŞ-ın silah tədarükləri həlledici rol oynayıb.

“ABŞ-dan silah tədarükü olmasaydı, Ukrayna ümumiyyətlə döyüşə bilməzdi”, – deyə Amerika lideri bildirib.

TASS qeyd edir ki, xəbərlə bağlı əlavə məlumatlar dəqiqləşdirilir.