BAKI, 5 iyun. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran tərəfinin Oman körfəzində ABŞ qüvvələrinə xəbərdarlıq atəşi açması barədə yaydığı məlumatları təkzib edib.

Teleqraf xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi "X" hesabında paylaşılan bəyanatda bildirilib.

Komandanlıq bəyanatında qeyd edib ki, İran tərəfinin iddia etdiyi addımlar elan olunmuş atəşkəsin kobud şəkildə pozulması demək olardı:

"İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hər hansı hücum etməyib və atəş açmayıb. Bu cür addımlar mövcud atəşkəs rejiminin birbaşa pozulması demək olardı. ABŞ qüvvələri regional sularda sərbəst fəaliyyətini davam etdirir, eyni zamanda, İrana qarşı tətbiq edilən blokadanın tam və ciddi şəkildə icrasını təmin edir".