BAKI, 5 iyun. TELEQRAF

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) Özbəkistanda inteqrasiya olunmuş atom elektrik stansiyasının tikintisi layihəsinin bütün mərhələlərində onun həyata keçirilməsinə fəal dəstək göstərmək niyyətindədir.

Teleqraf xəbər verir ki, AEBA-nın baş direktoru Rafael Qrossi Daşkənddə atom elektrik stansiyasının tikintisi üzrə işlərin başlanmasına həsr olunmuş mərasimdə çıxışı zamanı təşkilatın layihəyə tam dəstək verəcəyini bildirib.

“Biz bu layihənin bütün mərhələlərdə həyata keçirilməsinə kömək edəcəyik. Buna əmin ola bilərsiniz”, – deyə Qrossi vurğulayıb.

Qeyd edək ki, Özbəkistanda atom elektrik stansiyasının tikintisi ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və enerji mənbələrinin şaxələndirilməsi istiqamətində mühüm layihələrdən biri hesab olunur.