BAKI, 5 iyun. TELEQRAF
Bu il ümumi təhsil müəssisələrinin birinci və on birinci siniflərini bitirən şagirdlərin sayı açıqlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin XI siniflərində təxminən 116 min şagird, I siniflərdə isə təxminən 131 min şagird təhsil alır.