BAKI, 5 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun İranla qarşıdurmada qələbəsi qaçılmazdır və bu, ya diplomatik razılaşma, ya da hərbi yolla əldə olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evdə jurnalistlər qarşısında çıxış edən Tramp ABŞ-nin istənilən halda İran üzərində üstünlük qazanacağını bildirib.
“Biz ya kağız üzərində, ya da hərbi yolla qalib gələcəyik”, - deyə Amerika lideri vurğulayıb.
Tramp çıxışı zamanı İranın ali lideri Müctəba Xamenei ilə görüş ehtimalını da istisna etmədiyini qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Tehranla bağlı müxtəlif ssenariləri nəzərdən keçirməyə davam edir.