BAKI, 5 iyun. TELEQRAF

ABŞ Maliyyə Nazirliyi Kubaya qarşı yeni sanksiyalar paketi tətbiq edib. Məhdudiyyətlərə ölkə prezidenti Migel Dias-Kanel də daxil edilib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) məlumat yayıb.

Məlumata görə, Kuba prezidentindən başqa daha dörd fiziki şəxs və beş təşkilat da Amerika sanksiyalarına məruz qalıb.

Sanksiyalarla bağlı məlumat OFAC-ın rəsmi internet səhifəsində dərc olunub.

Qeyd edək ki, bundan əvvəl Migel Dias-Kanel ABŞ-ın Kubaya yanacaq tədarük edən şirkətlərə qarşı sanksiyalar tətbiq etməsini “qeyri-əxlaqi, qanunsuz və cinayətkar addım” adlandırmışdı.