BAKI, 5 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün görüşünü müsbət qiymətləndirdiyini bildirib.
Teleqraf xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Tramp iki lider arasında birbaşa görüşün keçirilməsinin faydalı olacağını vurğulayıb.
“Məncə, onların görüşməsi əla olardı. Onlar bunu etməlidirlər”, - deyə ABŞ lideri bildirib.
Qeyd edək ki, bundan əvvəl Volodimir Zelenski Vladimir Putinə ünvanladığı açıq məktubda üçüncü ölkədə görüş keçirməyi və münaqişəyə son qoymağı təklif etmişdi.
Zelenski həmçinin hərbi əsirlərin “hamının hamıya” prinsipi əsasında mübadiləsinə hazır olduğunu açıqlamışdı.