BAKI, 5 iyun. TELEQRAF
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında İsveç yığmasına uduzub.
Teleqraf xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilən görüş 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Qeyd edək ki, yığma növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.