BAKI, 5 iyun. TELEQRAF
Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 8-9-da Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Sinxua agentliyi Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr Şöbəsinin açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, səfər Koreya Əmək Partiyasının Baş katibi və KXDR Dövlət İşləri üzrə Sədri Kim Çen Inın dəvəti əsasında baş tutacaq.
Açıqlamada qeyd olunur ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi və Çin Xalq Respublikasının Sədri Si Cinpin iyunun 8-dən 9-dək Şimali Koreyada rəsmi səfərdə olacaq.
Səfərin gündəliyi və keçiriləcək görüşlərlə bağlı digər təfərrüatlar hələlik açıqlanmayıb.