BAKI, 5 iyun. TELEQRAF

ABŞ administrasiyası Kubanın keçmiş lideri Raul Kastronun ailə üzvlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunan məlumatda bildirilib.

Məlumata görə, sanksiyalar siyahısına keçmiş Kuba liderinin oğlu və nəvəsi də daxil edilib.

ABŞ tərəfi məhdudiyyətlərin tətbiqinin səbəbləri barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, bundan əvvəl ABŞ administrasiyası Kuba Prezidenti Migel Dias-Kanelə qarşı da sanksiyalar tətbiq etmişdi.