BAKI, 5 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın münaqişənin nizamlanması üçün qarşılıqlı güzəştlərə gedəcəyini düşündüyünü bildirib.

Teleqraf xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp tərəflərin kompromisə gedib-getməyəcəyi ilə bağlı suala müsbət cavab verib.

“Bu baş verəcək. Hər iki tərəf kompromisə gedəcək”, - deyə ABŞ lideri vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində diplomatik səylər davam edir.