BAKI, 5 iyun. TELEQRAF
Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycan minifutbol millisi Vətənə qayıdıb.
Teleqraf xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, yaxınları və media nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionu titulunu daha əvvəl 2022-ci ildə qazanıb.
FOTO: Elnur Muxtar