Ukrayna lideri Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinə açıq məktubunu görmüşük. Məktun Putinin tədbiri zamanı dərc edib. Prezidentin hələlik onunla tanışlıq imkanı olmayıb.

Teleqraf xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Özbəkistan prezidentinin işgüzar səfərinin bir hissəsi başa çatdıqdan sonra prezidentə bu barədə məlumat veriləcək.

Kreml rəsmisi əlavə edib ki, əgər Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər.