BAKI, 2 iyun. TELEQRAF
İtaliya sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 219 min nəfərin yaşadığı Messina şəhərindən 144 kilometr şimalda yerləşib.
Yeraltı təkanların ocağı 25 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda zəlzələ nəticəsində ölən və ya xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.