BAKI, 10 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid “X” sosial şəbəkəsində israilli rəsmiyə istinadən məlumat yayıb.
Danışığın detalları açıqlanmasa da, görüşün Yaxın Şərqdəki son vəziyyət fonunda baş tutduğu bildirilir.
Qeyd edək ki, daha əvvəl İranın Yaxın Şərqdəki münaqişənin nizamlanması ilə bağlı ABŞ-nin son təklifinə cavabını Pakistan vasitəsilə Vaşinqtona çatdırdığı məlum olmuşdu.