BAKI, 15 aprel. TELEQRAF
Kolumbiya prezidenti Qustavo Petro Avropa və Latın Amerikası ölkələrini İtaliyanın nümunəsini izləməyə və İsrailin İrana qarşı davam edən təcavüzünə görə onunla müdafiə müqavilələrini dayandırmağa çağırıb.
Teleqraf xəbər verir ki, dövlət başçısı X-də yazıb: "İtaliyanın Baş naziri İsrail ilə müqavilələri dayandırmaq qərarına gəlib. Mən onun qərarını alqışlayıram və təklif edirəm ki, İsraili Yaxın Şərqə təcavüz etmək gücündən məhrum etmək üçün bütün Avropa və Latın Amerikası bu nümunəni təkrarlasın".
Kolumbiya lideri münaqişənin yalnız diplomatik yolla həll edilməli olduğunu vurğulayıb: "Sülhə aparan sivilizasiyalar arasında dialoqdur, onlara yönəlmiş raketlər isə yalnız bəşəriyyətin məhvinə gətirib çıxarır".