BAKI, 1 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyat fonunda amerikalılara rəsmi müraciət edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, Tramp ölkəyə müraciətini yerli vaxtla axşam saat 21:00-da edəcək. Bildirilib ki, Prezident çıxışında İranla bağlı vəziyyət barədə mühüm yenilikləri açıqlayacaq.