BAKI, 21 sentyabr. TELEQRAF
“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer zədə səbəbindən İngiltərə millisinin heyətindən çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sky Sports News” məlumat yayıb.
Bildirilib ki, 24 yaşlı futbolçu əzələ zədəsi səbəbindən Millətlər Liqası oyunlarında iştirak edə bilməyəcək.
Palmer Tomas Tuxelin DÇ-2026 üçün heyətinə daxil edilmədikdən sonra yenidən İngiltərə millisinə çağırılmışdı.
Qeyd edək ki, İngiltərə yığması Millətlər Liqasında sentyabrın 26-da İspaniya, 29-da Çexiya, oktyabrın 3-də Xorvatiya, oktyabrın 6-da isə yenidən Çexiya ilə qarşılaşacaq.