BAKI, 21 sentyabr. TELEQRAF
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) quru yük gəmiləri ilə daşımalarının həcmi 2026-cı ilin yanvar–avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 43% artıb.
ASCO-dan Teleqraf-a vrilən məlumata görə, 2025-ci ilin 8 ayında quru yük gəmiləri ilə 875 min 950 ton yük daşındığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 1 milyon 252 min 097 ton təşkil edib.
Təkcə cari ilin avqust ayında quru yük gəmiləri ilə 168 min 967 ton yük daşınıb. Ötən ilin avqust ayında isə bu göstərici 95 min 584 ton olub. Nəticədə, 2026-cı ilin avqustunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 73 min 383 ton və ya 77% çox olub.