BAKI, 1 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla razılaşma əldə olunub-olunmamasından asılı olmayaraq Tehrana qarşı başladığı əməliyyatı sona çatdıracaq.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
O qeyd edib ki, İranın ABŞ ilə razılaşma bağlaması vacib deyil. Trampın sözlərinə görə, ABŞ əməliyyatı o zaman başa çatdıracaq ki, Tehran uzun müddət ciddi şəkildə zəiflədilsin və nüvə silahı əldə etmək imkanından məhrum olsun. ABŞ lideri vurğulayıb ki, bu qərar tərəflər arasında mümkün razılaşmadan asılı olmayacaq.