BAKI, 1 aprel. TELEQRAF

ABŞ və bir sıra digər ölkələrdə istifadəçilər "X" sosial şəbəkəsinin işində problemlərlə üzləşdiklərini bildiriblər.

Teleqraf xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin hesabatında qeyd olunub.

Məlumata görə, təkcə ABŞ-də təxminən 25,5 min istifadəçi platformanın işində nasazlıq olduğunu bildirib. Şikayət edənlərin 46%-i mobil tətbiqin işləməsində problemlər yaşadığını, 16%-i saytın fəaliyyətindən narazı olduğunu, 27%-i isə serverlərə qoşulmada çətinlik çəkdiyini qeyd edib.

"Downdetector"in məlumatına əsasən, nasazlıqlar Böyük Britaniya (9,8 min), Almaniya (2,1 min), İspaniya (1,8 min) və Fransa (4 min) daxil olmaqla digər ölkələrdə də qeydə alınıb.