BAKI, 9 mart. TELEQRAF
Böyük Brtitaniya Kral Dəniz Qüvvələrinin "HMS Dragon" esminesi Kiprdəki Akrotiri aviabazasında təhlükəsizliyi gücləndirmək üçün yaxın bir neçə gün ərzində Aralıq dənizinə yola düşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Healey bildirib.
Müdafiə naziri Britaniya parlamentinin İcmalar Palatasında (aşağı palata) etdiyi çıxışında bildirib ki, "HMS Dragon" yaxın bir neçə gün ərzində dənizə çıxacaq və Şərqi Aralıq dənizində əlavə qoruma təmin etmək üçün ABŞ esmineslərinə qoşulacaq.
Healy əlavə edib ki, son bir həftə ərzində London Yaxın Şərqdəki hərbi obyektlərini qorumaq üçün dörd "Eurofighter Typhoon" qırıcı təyyarəsi, üç "Wildcat" helikopteri və bir "Merlin" helikopterini təyinat nöqtələrinə yerləşdirib.
"Ötən gün "RAF Eurofighter Typhoons" İordaniya və Bəhreyn üzərində iki dronu zərərsizləşdirib.