BAKI, 14 may. TELEQRAF

Qırğızıstan Joqorku Keneşi 2024-cü il noyabrın 6-da Bişkekdə imzalanmış “Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Rəqəmsal İqtisadiyyat Sahəsində Tərəfdaşlıq Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, qanun layihəsi ikinci oxunuşda təsdiq edilib.

Qeyd edilib ki, sazişin təsdiqlənməsi təcrübə mübadiləsi, innovativ texnologiyaların tətbiqi və rəqəmsal infrastrukturun genişləndirilməsi daxil olmaqla, TDT ölkələri arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlib.