BAKI, 1 mart. TELEQRAF

İsrail ordusu İranda raket kompleksləri və Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə qarşı həyata keçirilən yeni hücumlar seriyasını tamamladığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, hücumlar mərkəzi İranda hələ zərər görməmiş bir neçə raket qurğusuna endirilib və ziyan daha da artırılıb.

Hücumların məqsədinin İsrail Hərbi Hava Qüvvələrinin İslam Respublikası üzərindəki hava əməliyyatları üçün sərbəstliyini genişləndirmək olduğu vurğulanıb.