BAKI, 21 sentyabr. TELEQRAF
Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
***
18:30
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Ələt-Astara magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək.