BAKI, 21 sentyabr. TELEQRAF
Britaniyanın Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin (UKMTO) məlumatına görə, Hörmüz boğazında baş verən hücum nəticəsində mayeləşdirilmiş neft qazı tankeri zədələnib.
Teleqraf xəbər verir ki, UKMTO tankerin düşən mərmilər nəticəsində zədələndiyini bildirib.
İnsan itkisi yoxdur, ətraf mühit üçün heç bir təhlükə yaranmayıb. Tanker növbəti təyinat yerinə yola düşəcək.
Gəminin hansı şirkətə məxsus olduğu açıqlanmayıb.