BAKI, 23 fevral. TELEQRAF

Nyu-York meri Zoxran Mamdanı yaxınlaşan qar fırtınasına görə şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə milli meteorologiya xidməti məlumat yayıb.

“Nyu-York, qar fırtınası ərəfəsində yerli fövqəladə vəziyyət elan edirik”, - mer "X" platformasında yazıb.

O qeyd edib ki, bazar günü axşamdan bazar ertəsi günortaya qədər avtomobil yolları bağlanacaq, məktəblərdə dərslər ləğv ediləcək və şəhər üzrə istilik mərkəzləri fəaliyyət göstərəcək.

Milli meteorologiya xidmətinin proqnozuna görə, şəhərdə təxminən 45 sm yağıntı gözlənilir, külək sürəti isə saniyədə 26 metrdən çox ola bilər.