BAKI, 20 fevral. TELEQRAF

Rusiya və İran xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.

Bu barədə Teleqraf Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, fevralın 20-də İran tərəfinin təşəbbüsü ilə Rusiya xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.

Xarici siyasət idarələrinin rəhbərləri İranın nüvə proqramı ətrafında yaranmış mövcud vəziyyəti, həmçinin Cenevrədə baş tutan ABŞ-İran dolayı təmaslarının nəticələrini müzakirə ediblər.

Rusiya tərəfi Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin prinsiplərinə sadiqliyini ifadə edərək, İranın qanuni hüquqlarına hörmət çərçivəsində ədalətli siyasi-diplomatik həll yollarının tapılmasına yönəlmiş danışıqlar prosesini dəstəklədiyini bir daha təsdiqləyib.

Tərəflər həmçinin ikitərəfli gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparıblar.