BAKI, 16 fevral. TELEQRAF

Bu gün İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə nüvə ekspertlərinin müşayiəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

Görüş İran nümayəndə heyətinin Cenevrədə qaldığı iqamətgahda baş tutub.

Tərəflər arasında keçirilən müzakirələrdə nüvə proqramı ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

10:03

Bu gün İran xarici işlər naziri Abbas Əraqçi Cenevrədə nüvə ekspertlərinin müşayiəti ilə Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) rəhbəri Rafael Qrossi ilə texniki müzakirələr keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə nazir sosial media hesabında paylaşım edib.

Abbas Əraqçi bildirib ki, çərşənbə axşamı ABŞ ilə baş tutacaq görüş öncəsi Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə də görüş nəzərdə tutulub.

Nazir ədalətli və bərabərhüquqlu bir razılaşmaya nail olmaq üçün real ideyalara sahib olduqlarını vurğulayıb: "Masada olmayan tək şey təhdidlər qarşısında təslim olmaqdır".