BAKI, 14 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbəri Əli Xamenei ilə birbaşa görüşməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Bloomberg"ə verdiyi müsahibəsində bildirib.
M.Rubio vurğulayıb ki, Donald Tramp qlobal gərginliyi azaltmaq üçün birbaşa dialoqu səmərəli vasitə hesab edir:
"Əminəm ki, əgər sabah Xamenei Prezidentlə görüşmək istədiyini desə, D.Tramp buna razı olacaq. Bu, onun Xamenei ilə razılaşması demək deyil. Sadəcə, o, bunu dünyadakı problemləri həll etməyin bir yolu hesab edir və kiminləsə görüşməyi güzəşt kimi qiymətləndirmir".