BAKI, 14 fevral. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı Vaşinqton və Avropa arasındakı münasibətlərə toxunaraq, tərəflər arasında mövcud soyuqluğun səbəbinə aydınlıq gətirib.

Teleqraf xəbər verir ki, dövlət katibi transatlantik əlaqələrdəki gərginliyi ABŞ-nin Avropanın gələcəyinə biganə qalmaması ilə izah edib.

M.Rubio vurğulayıb ki, ABŞ və Avropa arasındakı bağlar yalnız iqtisadi və ya hərbi maraqlara söykənmir:

"Bizim həm sizin, həm də öz gələcəyimizə münasibətimiz qətiyyən biganə deyil. Əgər bəzən biz razılığa gələ bilmiriksə, bu fikir ayrılıqları Avropaya olan dərin qayğımızdan irəli gəlir. Biz Avropa ilə təkcə iqtisadi və hərbi cəhətdən deyil, həm də mənəvi və mədəni baxımdan bağlıyıq".

Dövlət katibi ABŞ-nin əsas hədəfinin qitənin suverenliyini və gücünü qorumaq olduğunu qeyd edib: "Biz Avropanın güclü olmasını istəyirik".