BAKI, 14 fevral. TELEQRAF
ABŞ Silahlı Qüvvələri Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu bildirilən gəmiyə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
Qurumun "X" sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib ki, kəşfiyyat məlumatları gəminin Karib dənizində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrutlarla hərəkət etdiyini və narkotik daşınmasında iştirak etdiyini təsdiqləyib.
Məlumata görə, zərbə nəticəsində üç nəfər ölüb. ABŞ hərbçiləri arasında itki yoxdur.