BAKI, 22 sentyabr. TELEQRAF
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır.
Bu barədə Teleqraf-a Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan məlumat verilib.
Bildirilib ki, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.
Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.