BAKI, 22 sentyabr. TELEQRAF

Ukrayna ordusu Rusiyanın Samara şəhərində yerləşən Kuybışev neft emalı zavoduna dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Hücum nəticəsində partlayış səsləri eşidilib və müəssisədə genişmiqyaslı yanğın baş verib.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) gecə saatlarında Samara və regionun digər şəhərlərində uçuşlara məhdudiyyətlər tətbiq edib.

Kuybışev neft emalı zavodu regionun neft sənayesinin ən iri müəssisələrindən biridir və “Rosneft” Neft Şirkətinə məxsusdur.