BAKI, 22 sentyabr. TELEQRAF

“Mançester Yunayted” klubu İngiltərə millisinin və “Lids”in hücumçusu Dominik Kalvert-Lyunu transfer edə bilər.

Teleqraf “Football Insider”ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu Mançester təmsilçisinin transfer siyahısına düşüb.

Klubun skautları mövsümə uğurlu başlayan Kalvert-Lyunun çıxışlarını yaxından izləyir.

Lakin “Lids” aparıcı hücumçusunu buraxmaq niyyətində deyil. Bu səbəbdən “Mançester Yunayted”in ingiltərəli hücumçunun transferini reallaşdırmasının çətin olacağı bildirilir.

Qeyd edək ki, Kalvert-Lyunun “Lids”lə müqaviləsi 2028-ci ilin iyununa qədərdir.