BAKI, 22 sentyabr. TELEQRAF
Sentyabrın 19-da Bilgəhdə dənizdə batan 2 nəfərin meyiti tapılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 19 sentyabr 2026-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2008-ci il təvəllüdlü olan Əlizadə Əlipaşa Natiq oğlunun və 2008-ci il təvəllüdlü Əmrəliyev Elmin Elman oğlunun meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.