BAKI, 22 sentyabr. TELEQRAF

Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası üzrə tikinti-quraşdırma işlərinin 48%-i başa çatdırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Teleqraf-a bildirilib ki, layihələndirmə işlərinin isə 90%-i başa çatıb.

Qeyd edək ki, ümumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.

Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi hər gün yüzlərlə sərnişini qarşılayacaq.